Kripto Dünyasının Ən Böyük 4 Yalanı! 🚫🛑

Çox vaxt itirməyimizin səbəbi bazarın pis olması deyil, yanlış inanclara sadiq qalmağımızdır. Gəlin bu mifləri darmadağın edək:

❌ Mif 1: "Bitcoin artıq çox bahadır, onu almaq üçün gecikmişəm."

✅ Həqiqət: Bitcoin yalnız bir aktiv deyil, bir sistemdir. Institusional qəbullar (ETF-lər) və qlobal inflyasiya BTC-ni "rəqəmsal qızıl" edir. 90,000$ səviyyəsi gələcəyin 10,000$-ı kimi görünə bilər.

❌ Mif 2: "Qiymət düşən kimi 'Average' (ortalamamı) aşağı salmalıyam."

✅ Həqiqət: Əgər layihə fundamentini itiribsə, düşən bıçağı tutmaq sizin portfelinizi sıfırlaya bilər. Hər düşüş "alış fürsəti" deyil, bəzən "çıxış siqnalı"dır.

❌ Mif 3: "Bu memecoin-in qiyməti 0.000001$-dır, 1 dollar olsa zənginəm!"

✅ Həqiqət: Bazar kapitallaşmasını (Market Cap) hesablayın! Əgər o koin 1 dollar olsa, dünyanın bütün pulundan daha çox dəyəri olmalıdır. Riyaziyyat yalan danışmır, xəyallar isə aldada bilər.

❌ Mif 4: "Influencer-lər mənim qazanmağımı istəyir."

✅ Həqiqət: Çoxu öz əlindəki malı sizə satmaq (Exit liquidity) üçün reklam edir. Öz araşdırmanızı (DYOR) etmədən düyməyə basmayın.

💡 Sizin ən çox eşitdiyiniz və ya inandığınız yalan hansı olub? Şərhlərdə səmimi olaq, bir-birimizi xəbərdar edək! 👇

#BinanceSquare #CryptoMyths #TradingTipss #FinancialLiteracyJourney #$BTC #$BNB #dyor